DSMF Amil Bayramovdan 1,2 milyon manata ofis icarəyə götürüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
 
DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirib.
 
Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 1 milyon 188 min manat (ayda 49 min 500 manat) ödəyəcək. Qeyd edək ki, DSMF əvvəlki illərdə də Amil Bayramov ilə analoji müqaviləni imzalayıb./Yeniavaz.com 
Tarix: Dünən, 17:57
Xəbəri paylaş





Xəbər lenti