Yexlax sakini “Umico Market”dən ŞİKAYƏTÇİDİR - “Sifariş verdiyim planşet xarab çıxdı...”

Yexlax sakini “Umico Market”dən ŞİKAYƏTÇİDİR - “Sifariş verdiyim planşet xarab çıxdı...”Yevlax rayonu, Kövər kənd sakini Vəliyev Natiq İsa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2024-cü il may ayının 17-də “Umico Market”dən planşet sifariş versə də, mayın 19-da çatdırılan bağlamada xarab “planşet” çıxıb.

“Mən, Vəliyev Natiq İsa oğlu, yazaraq bildirirəm ki, kasıb ailəyəm, oğlum ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı isə dünyasını dəyişib. İki azyaşlı oğlan uşaqlarını qəyyumluğa götürmüşəm.
May ayının 17-də vəziyyətimlə əlaqədar olaraq, nəvələrim üçün “Umico Market”dən bir ədəd planşet sifariş verdim. Bildirdim ki, nəvələrimin plaşnşetdə oyun oynaması üçün sifariş edirəm.
Fidan adlı xanım mənə bildirdi ki, mən cavabdehəm, nəvələrin bütün oyunları planşetdə oynaya biləcəklər.
May ayının 19-da bağlamam gəldi. Lakin planşet işləmədi. “Umico Market”ə zəng edib dedim ki, planşet yaxşı işləmir, bunu qaytarıram, əvəzində mənə müşahidə kamerası göndərin. Fikirləşdim ki, müşahidə kamerasını hansısa evə, obyektə satıb, pulumu çıxararam.
Rayona çatdırılma edilmişdi deyə planşeti poçtla qaytardım. Poçta da 4 manat  ödəniş edib, qəbzi aldım. Amma müşahidə kamerası göndərilmədi.
Qeyd edim ki, hər ay geri qaytardığım planşet üçün əmək haqqımdan 35-36 manat vəsait tutulur.
Xahiş edirəm, mənə köməklik göstərin. Mənim başıma belə bir hadisə gəlib, məsələyə heç kim ciddi yanaşmır.


facebook sharing button
Tarix: Dünən, 18:24
Xəbəri paylaş





Xəbər lenti