Rusiyanın bayrağını Trampın üzünə tulladılar: “Vətən xainisən!” – VİDEO

Rusiyanın bayrağını Trampın üzünə tulladılar: “Vətən xainisən!” – VİDEO ABŞ-ın Konqres binasının içərisində etirazçılardan biri prezident Donald Trampın sifətinə rus bayrağı ataraq onu vətən xaini adlandırıb. “A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, etirazçı Ryan Clayton bayraqları Donald Trampın üzünə tulladıqdan sonra “Tramp vətən xainidir” şüarını səsləndirməyə davam edib.
Lakin etirazçının qarşısında Donald Trampın heç bir reaksiya verməməsi diqqətdən yayınmayıb. Daha sonra polis etirazçını nəzarət altına alıb.
Tarix: 26-10-2017, 00:16
Xəbəri paylaş





Xəbər lenti