ABŞ-dakı türk yazardan şok iddia:"TÜRKİYƏ SƏRHƏDLƏRİ YAXINLIĞINDA III DÜNYA SAVAŞI PLANLANIR"

ABŞ-dakı türk yazardan şok iddia:"TÜRKİYƏ SƏRHƏDLƏRİ YAXINLIĞINDA III DÜNYA SAVAŞI PLANLANIR" Sərdar Turqut

“Habertürk”, Türkiyə



Vaşinqtonda milli təhlükəsizlik işi ilə məşğul olan dostlar arasında dünya sistemində ciddi balans pozulmasının yaşandığı və yeni balansın, düzgün işləyən bir nizamın yaradılması üçün yeni dünya müharibəsinin başlamasının gərəkli olduğu haqda konsensus vardır.


Böyük iş adamlarının da belə düşündüyünü söyləyə bilərik. Misal üçün, böyük düşünüb, böyük işlər görən Elon Mask, keçən günlərdə bir “tweet” atıb və atom bombası sistemi ilə süni intellektin bir arada olmasının çox təhlükəli olduğunu, bunların insanlar qərar vermədən belə, avtomatik olaraq bir nüvə müharibəsi çıxarması riski daşıdığını yazıb. Yəni, insanlar istəməsə belə, dünya müharibəsinin çıxması ehtimalı yüksəkdir.

O da nəzərə alınmalıdı ki, dünyaya yeni nizamın lazım olduğunu düşünən bəzi adamlar, yeni bir müharibənin olmasını fəal şəkildə dəstəkləməkdədilər.



İkincisindən öncə



Hərçənd, üçüncü böyük müharibənin düşünülməsi yeni bir inkişaf meyli deyildir. Bu, hardasa bir mübtəlalıq olaraq, insanların beynində hər zaman olub. Keçən günlərdə “History” adlı internet saytı, üçüncü böyük müharibənin üzərində düşünülməsinə, ABŞ-ın İkinci Dünya Müharibəsinə (İDM) səbəb olan Perl Harbor (Pearl Harbor) hücumundan öncə başlandığını yazıb. Yəni, insanlar hələ ikincisi yaşanmamışkən belə, üçüncü böyük müharibə üstündə baş çatladırmışlar. Bu mübtəlalığın mövcud olduğunu bilincə, xüsusən də bu günlərdə, dünya müharibəsi üzərində düşünülməsi insana çox təəccüblü gəlmir.

Məsələn, Uinston Çörçillin hələ İkinci Dünya Müharibəsinin içindəykən belə, üçüncü müharibənin planlarını hazırlamağa başladığı məlumdur.

Conatan Volker “Düşünüləməz əməliyyat” (“Operation Unthinkable”) adlı kitabında, inanılması imkansız olan bir əməliyyatın planlaşdırıldığını ortaya qoydu. Plana görə, ikinci böyük müharibədən sonra İngiltərə, ABŞ, Almaniya və Polşa orduları birlikdə Sovet İttifaqının işğalı altındakı torpaqları qurtarmaq üçün bu ölkə ilə müharibəyə girməliymilər. Çörçill bu fantastik, hətta H.G. Wells kimi bu cür mövzular üzərində düşünən bir elmi fantasta yaraşan planla əlaqədar ciddi-ciddi çalışıbmış. Ancaq sonda müşavirləri onu bu planın çox riskli və təhlükəli olduğuna inandırıblarmış.



Müharibənin mərkəzi



Anlayacağınız odur ki, bu ingilislər müharibə planlamağı çox xoşlayırlar. Osmanlı İmperiyası dağılarkən, masa başında Orta Şərq üçün cızdıqları xəritə də yeni bir potensial müharibəni nəzərdə tuturdu. Xəritə nizam gətirmək üçün deyil, nizamsızlıq gətirmək, hüzuru pozmaq üçün cızılmış kimiydi. Bunun nəticələrini də indi sərhədlərimizdə görürük.

Buna görə, əgər həqiqətən bir böyük müharibə çıxacaqsa, üçüncüsü də yaşanacaqsa, bunun mərkəzinin, təəssüf ki, bizim sərhədlərimizin çox yaxınında olması ehtimalı böyükdür.
Tarix: 26-10-2017, 07:34
Xəbəri paylaş





Xəbər lenti