Əfqanıstanda ABŞ-a aid helikopter vuruldu, 43 əsgər öldürüldü

Əfqanıstanda ABŞ-a aid helikopter vuruldu, 43 əsgər öldürüldü  Loqar vilayətinin valisi Halim Fədai, helikopterin vurulmadığını, sadəcə qəza nəticəsində yerə düşdüyünü açıqlayıb
"Taliban" Əfqanıstanın Loqar vilayətində ABŞ-a məxsus "Apaçi" helikopteri vurduqlarını, nəticədə 43 amerikalı əsgərin öldüyünü açıqlayıb.


Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, məlumatı NATO da təsdiqləyib. Ancaq neçə əsgərin öldüyü, neçəsinin yaralandığı barədə xəbər verilməyib.

Loqar vilayətinin valisi Halim Fədai, helikopterin vurulmadığını, sadəcə qəza nəticəsində yerə düşdüyünü açıqlayıb. O, 1 əfqan əsgərinin yaralandığını bildirib.

Tarix: 28-10-2017, 21:43
Xəbəri paylaş





Xəbər lenti