“Hərbi güclə bu məsələni həll edəcəyik” — ABŞ-dan Şimali Koreya liderinə təhdid

“Hərbi güclə bu məsələni həll edəcəyik” — ABŞ-dan Şimali Koreya liderinə təhdid ABŞ Şimali Koreyanı nüvə silahının istehsalından çəkindirmək üçün diplomatik yollardan istifadə edir.
“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, əgər KXDR rəhbərliyi bu danışıqlara əhəmiyyət verməsə, Amerika bütün hərbi əməliyyatlara əl atacaq.

“Hələlik Amerika diplomatik vasitələrlə Şimali Koreya liderini nüvə silahından çəkindirir. Lakin ABŞ hökumətinin bir neçə hərbi variantı var. Əgər onlar danışıqlarla razılığa gəlməsələr, bu məsələni hərbi güclə həll edəcəyik”, - deyə amerikalı nazir bildirib.
Ceyms Mettis əlavə edib ki, Kim Çen İn təkcə ABŞ və onun müttəfiqləri üçün deyil, bütün dünya, xüsusən də Şimali Koreyanın özü üçün böyük təhlükədir: “Bu ciddi təhlükəni dəf etmək üçün mütləq hərbi müdaxilə lazımdır. Bəli, biz hazırda bu istiqamətdə düşünürük. KXDR liderini zərərsizləşdirməyə hərbi gücümüz yetərincədir”

Ziya Səccad
Tarix: 29-10-2017, 10:14
Xəbəri paylaş





Xəbər lenti