Ermənistanın müdafiə naziri fərari imiş - Paşinyan

Ermənistanın müdafiə naziri fərari imiş - Paşinyan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Feysbuk-dakı qeydləri qalmaqala səbəb olub.

Musavat.com bununla əlaqədar erməni mediasına istinadən xəbər verir. Belə ki, Ermənistan parlamentinin 30 oktybar tarixli iclasında “Çıxış” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan hazırkı müdafiə naziri Viqen Sərkisyanın fərari olması barədə məsələ qaldırıb. O deyib ki, ölkənin müdafiə naziri 1992-ci ildə nə səbəbə orduya çağırılmaması və hərbi xidmətə getməməsinə konkret şəkildə aydınlıq gətirməlidir. Paşinyan deyib ki, erməni cəmiyyəti bunun səbəblərini bilməlidir.

Blok rəhbəri Viqen Sərkisyanın 2002-2003-cü illərdə Serj Sərkisyanın aparatında “xidmət etdiyini” ironiyalı şəkildə xatırladıb. “O, Müdafiə Nazirliyinin referenti olub. Bu, son dərəcədə qəbulolunmaz haldır”-deyə, Paşinyan əlavə edib. Bildirib ki, V.Sərkisyaandan fərqli olaraq, kişilərin əksəriyyəti vətən qarşısında borclarını yerinə yetiriblər.

Cavid Turan
Tarix: 30-10-2017, 13:30
Xəbəri paylaş





Xəbər lenti