AFRİKADAN AVROPAYA SİLAH, URAN VƏ NARKOTİK TİCARƏTİ:ABŞ və Fransanın ağ "Toyota" karvanlarının yolunu kəsmək cəhdi - ARAŞDIRMA

AFRİKADAN AVROPAYA SİLAH, URAN VƏ NARKOTİK TİCARƏTİ:ABŞ və Fransanın ağ "Toyota" karvanlarının yolunu kəsmək cəhdi - ARAŞDIRMA Vicay Pradeş

“AlterNet” (ABŞ)



Oktyabrın 4-də ABŞ hərbi qulluqçuları Nigerdəki əməliyyat bazasına geri qayıdıb. Onlar Niger-Mali sərhədinin yaxınlığında, Tonqo Tonqo kəndində kəşfiyyat aparıblar. ABŞ Baş Qərargahının rəisi Cozef Danford deyib ki, əlli İŞİD döyüşçüsü amerikalıları mühasirəyə alıb. Əsgərlər ilk saatlarda hava dəstəyi çağırmayıb, hücumu dəf edə biləcəklərini düşünüblər. Dronlarla birlikdə fransız döyüş təyyarələri ilə uçub gəldikdə, İŞİD-çilər yoxa çıxıb.


Tonqo Tonqo qanunsuz ticarət yolunda sıfır nöqtəsidir. Cənubi Amerika kokaininin əvvəlcə müxtəlif növ təyyarələr, yük maşınları və daha sonra Aralıq dənizi boyunca kiçik gəmilərlə Avropaya aparıldığı kokain yolu.

Kokain – dramatik əmtəədir. Başqa əmtəələr də var: qaçqınlar və silah. Böyük Səhradan aşağıdakı şəhərlər qurşağı qədimdən qızıl, duz və silah ticarəti üçün karvansaray rolunu oynayıb. Millət-dövlətlərin yaradılması bu marşrutlardan bəzilərini bağlayıb. Xüsusilə Liviyada, Müəmmər Qəddafinin rejimi dövründə Mali və Nigerdən qanunsuz ticarət yasaqlanıb.

NATO-nun bu ölkədə xaos yaradan müharibəsi bu marşrutları yenidən açıb. Ağ “Toyota” karvanları qaçqınları və narkotikləri Avropaya daşıyır, habelə mərkəzi və qərbi Afrika ölkələrinə silah gətirirlər.

Yük maşınları liman şəhərlərə yol tapmasından əvvəl Aqadezdən Sabhaya (Liviya) qədər hərəkət edirlər.

Bir neçə növ qaçqın var – avantüristlər, fürsətçilər və müharibə qaçqınları, əsasən gənclər. Hamısı da çarəsizdir.

Aralıq dənizi boyunca qaçqın trafikinə qarşı çıxan Avropa İttifaqı Niger və digər ölkələrdəki hökumətlərlə birləşib Səhranın bu cənub sərhədini qoruyur. 2015-ci ildə Niger qaçaqmalçılıq əleyhinə amansız qanun qəbul edib. Aİ Nigerin hərbçiləri və polisi ilə birlikdə qaçaqmalçılara qarşı müharibəyə başlayıb. 2016-cı ildə Niger yüzdən artıq qaçaqmalçı həbs edib.

Aqadiz – Dünya Mədəni İrsi siyahısına daxil edilmiş şəhər ekstremist qrupların qalasına çevrilib. Malinin və Əlcəzairin cənubu, Liviya səhrası – İŞİD, Nigeriyanın şimalı “Boko Haram” və Çad gölünün yaxınlığında olan ərazilər “əl-Qaidə”nin məskəni olub. Birləşmiş Ştatlar Nigerdən Maliyədək olan zolağı "etibarsızlıq zolağı" adlandırıb.

Əlbəttə, tacirlərə qarşı təzyiq qaçqınlar və "macəraçılar"ın dəhşətli vəziyyətini yüngülləşdirməyib, onlar açıq və ya qapalı sərhədə fərq qoymadan Avropaya gəlməkdə davam edirlər.

Aqadezin şimalında uranın əsas qaynaqlarından biri olan Arlit şəhəri yerləşir. Oxucular ABŞ-ın Səddam Hüseyin hökumətini Nigerdən uran satın alınmasında günahlandırdığını xatırlaya bilər. Nigerin sabiq baş nazir İbrahim Assan Mayaki ilə görüşdən sonra səfir Co Uilson bunun yalan olduğunu öyrəndi. İraqa qarşı ittiham saxta idi, lakin Arlitin resursu realdır. Şəhər – Avropanın mədən şirkətlərinin qalasıdır, o cümlədən bir sıra fransız firmalarının, ən çox da “Areva”nın. Arlit xaricindəki yol “Uran Yolu” kimi tanınır. 2010-cu ildə “əl-Qaidə” tərəfindən “Areva” mədəninin beş fransız işçisi həmin yolda qaçırılmışdı. 2013-cü ildə bombalı hücum oldu. Fransanın xüsusi təyinatlıları bu uran şəhərində yaşayan iki minə yaxın avropalını qorumağ başladı.

2013-cü ildə “Oxfam” açıqladı ki, hər üç lampadan biri Nigeriya uranı sayəsində yandırılır. Buna görə də, Fransa “Barxane” adlı xüsusi təhlükəsizlik şirkət yaradıb və Ndcamena (Çad) şəhərində onun baş qərargahı var.

Fransızlar bu işdə tək deyillər. Amerikalıların da Afrika daxilində çoxlu bazaları var. Cibutidə, Efiopiya və Keniyada. İndi ABŞ da Aqadezdə 100 milyon dollar dəyərində baza qurur.

Bu işin bir “əmma”sı var. Regionda, şübhəsiz, ekstremist qruplar fəaliyyət göstərir, amma yerli etnik qruplar arasında münaqişələr ucbatından yanlışlıqlar da baş verir. Tez-tez, Əfqanıstanda olduğu kimi, tayfalar ABŞ-ın təyyarə potensialını köhnə düşmənləri ilə hesablaşmaq üçün istifadə edirlər.

Münaqişələrin əsl səbəbləri və nəticələr başqa yerlərdə olduğu kimidir: Qərb üçün zəruri olan resurslara görə ətraf mühitin məhv edilməsi, işsizlik, müharibə və əmtəələr (kokain və uran). Yəni daha çox ölüm. Daha çox kədər. Daha çox qəzəb. Daha çox döyüş…



Tərcümə: Strateq.az
Tarix: 30-10-2017, 21:56
Xəbəri paylaş





Xəbər lenti