İsrail Qəzzada tuneli partlatdı –5 fələstinli öldü

İsrail Qəzzada tuneli partlatdı –5 fələstinli öldü İsrail blokadasında olan Qəzzada yeraltı tunellər fələstinlilər üçün vacib əhəmiyyət kəsb edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, lakin İsrail hərbi qüvvələri fələstinlilərin şəhərdən giriş-çıxışına mane olmaq üçün bu tunelləri taparaq partladır və içinə su doldurur.

Növbəti belə hadisə bu gün baş verib. Belə ki, Deyr əl-Bəlah bölgəsində tunel partladılıb və nəticədə 5 fələstinli ölüb.

İsrail ordusunun sözçüsü Aviçay Adrae faktı təsdiqləyib.
Tarix: 31-10-2017, 07:41
Xəbəri paylaş





Xəbər lenti