FTB-yə Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verilib

FTB-yə Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verilib Federal Təhqiqatlar Bürosuna (FTB) ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verilib.

APA-nın məlumatına görə, bu barədə “Politico” xəbər verib.

Sənədlər ABŞ Milli Arxivi tərəfindən yaxın həftələr ərzində dərc olunacaq. Bununla belə, FTB-dən bir sıra sənədlərin redaktə olunduğu bildirilib. Həmçinin, həyatlarına mümkün təhlükə ilə əlaqədar, istintaqa məlumat verənlərin adları gizlədilib.

Oktyabrın 28-də ABŞ prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı bütün sənədlərin dərc ediləcəyini bəyan edib. “Bu, bütün sui-qəsd nəzəriyyələrinə son qoymaq məqsədi ilə ediləcək”, deyə Tramp qeyd edib.

Oktyabrın 27-də Con Kennedinin 1963 ildə qətli ilə bağlı 3 minədək sənəd ilk dəfə olaraq dərc edilib. Əvvəllər məxfi olan 2891 yeni sənəd ABŞ Milli Arxivinin saytında dərc olunub.
Tarix: 31-10-2017, 07:58
Xəbəri paylaş





Xəbər lenti