Culian Assanj Hillari Klintonun gizlin məktublarının haradan əldə olunduğunu açıqladı — FOTO

Culian Assanj Hillari Klintonun gizlin məktublarının haradan əldə olunduğunu açıqladı — FOTO “Wikileaks” saytının qurucusu Culian Assanj yenə də qalmaqala səbəb ola biləcək açıqlama yayıb.
“Ölkə.Az” xəbər verir ki, o, ABŞ prezidentliyə sabiq namizəd Hillari Klintonun gizlin məktublarının haradan əldə olunduğunu açıqlayıb. C.Assanjın sözlərinə görə, “Wikileaks”də dərc edilən gizlin elektron məktublar hakerlər tərəfindən əldə edilməyib.


“Hillari Klintonun gizlin məktubları oğurluq deyil. “Wikileaks”də dərc edilən gizlin elektron məktublar hakerlər tərəfindən əldə edilməyib. Həmin elektron məktubları bizə ABŞ Dövlət Departamentindən göndərilib. Həmin məktublar 2016-cı il 3 mart tarixində "İnformasiya azadlığı haqqında" qanun əsasında verilib”, - C.Assanj “Twitter” hesabında yazıb.
Qeyd edək ki, ABŞ prezidentliyə sabiq namizəd Hillari Klinton həmin gizlin məktublarının dərc edilməsi səbəbindən seçkilərdə bir çox seçicinin inamını itirib. O, özü də seçkilərdən sonra FTB-nin direktoru Ceyms Komi və “Wikileaks”in 2016-ci il prezident seçkilərində onun məğlubiyyətində günahkar olduqlarını bildirib.

Ziya Səccad
Culian Assanj Hillari Klintonun gizlin məktublarının haradan əldə olunduğunu açıqladı — FOTO
Tarix: 31-10-2017, 14:37
Xəbəri paylaş





Xəbər lenti