Vaşinqtondan Rusiyaya daha bir sanksiya –Enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər qoyuldu

Vaşinqtondan Rusiyaya daha bir sanksiya –Enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər qoyuldu ABŞ-ın Maliyyə Nazirliyi amerikalılara bir sıra enerji layihələrində Rusiyaya köməklik göstərməyi qadağan edib.

Bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına, xüsusilə dərinsulu kəşfiyyat işlərində, Arktikada neft hasilatında və şist qazı ilə bağlı layihələrdə Rusiyaya köməklik göstərmək qadağan olunub.

Yeni Rusiyanın enerji sektoru ilə əməkdaşlığa tətbiq edilən yeni məhdudiyyətlər 29 yanvar 2018-ci il tarixindən başlayan layihələrə aid ediləcək.
Siam.az
Tarix: 1-11-2017, 07:58
Xəbəri paylaş





Xəbər lenti