Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı

Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı Xəbər verildiyi kimi, Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller ilk konkret addımlarını atıb. Prezident Donald Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafort və onun şəriki Riçard Geyts həbs edilib.

Fransanın “Le Figaro” qəzetinin yazarı Moren Pikarın yazdığına əsasən, P.Manaforta qarşı 12 bənd üzrə ittiham irəli sürülüb. Burada 75 milyon dolların ABŞ vergi orqanlarından gizlədilməsindən tutmuş, xarici dövlətlərin xeyrinə aparılan qeyri-qanuni lobbiçiliyə qədər hər şey var.


Məqalədə Pol Manafortun Rusiya oliqarxı Oleq Deripaska ilə əlaqələrindən, habelə onun Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçdən təkbaşına qopardığı 18 milyon dollardan da söhbət açılır.

Doğrudur, hələ ki, P. Manafortu Rusiya və Tramp klanı arasındakı gizli əlaqələrlə bağlı ittiham edən yoxdur. Lakin prezidentin adəti üzrə məsələ ilə bağlı tvitterdəki reaksiyası diqqəti cəlb edib: “Bağışlayın, amma Manafortun törətdiyi iddia olunan əməlləri onun mənim seçki qərargahımın rəhbəri olmasından öncə baş verib. Lakin nə üçün dələduz Hillari və demokratlar diqqət mərkəzindən kənarda qalıb?”.



Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı



Moren Pikarın yazdığına əsasən bu proses içərisində ən diqqət çəkən hadisə Donald Trampın müşaviri Corc Papadopulosun FTB-də yalan ifadə verdiyinə dair etiraflarıdır. Rusiya hakimiyyəti ilə Tramp arasında əlaqə qurmaq üçün Papadopulos rusiyalı bir universitet müəllimi və özünü Putinin qohumu kimi təqdim edən bir qadınla görüşdüyünü bildirib.

Müəllifin fikrincə gedişat hər gün prezidentin əleyhinə işləyir. Lakin onun son və ölümcül atəş açmaq imkanı var. Belə ki, D. Tramp Pol Manafortun istintaqla əməkdaşlığına yol verməmək üçün onu əfv edə bilər. Bu isə ədalətin bərqərar olması yolunda qırmızı xəttin keçilməsi demək olar”, - Pikar yeknda bildirib.
“The New York Times” qəzeti də Pol Manafortdən daha çox Corc Papadopulos üzərinə köklənib. Qəzet sonuncunun D. Trampa Manafortdan daha böyük zərbə vuracağı qənaətindədir.

Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı

Corc Papodopulos

Məqalədə Papadopulosun Hillari Klinton əleyhinə kompromatlar yığmaq, o cümlədən onun Rusiya kəşfiyyatına işləyən haker tərəfindən oğurlanan elektron yazışmalarını ələ keçirmək məqsədilə Kremlə yaxın şəxslərlə əlaqəyə keçdyini etiraf etdiyinə xüsusi diqqət çəkilir.

“İllər keçdikdən sonra tarixçilər Pol Manafortin sənədlərini incələyərək ABŞ-ın ictimai həyatının hansı yollarla ruslaşdırıldığını anlayacaqlar”, -“The Washington Post”-dan Enn Epplbaum yazır.

Məqalədə Manafortun çirkli pulların yuyulması, fırıldaqçılıq, vergidən yayınma cinayətləri ilə ittiham olunduğu vurğulanır.

“Paralel olaraq bu adam Trampa da antielitar müstəvidə seçki kampaniyası aparmağı öyrədib. Manafort Ukraynada Rusiyanın maraqları naminə məhz bu taktikaikanı həyata keçirməyə nail olmuşdu”,- yazıda qeyd olunur.

Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı

Epplbaumun sözlərinə görə, 2006-cı ildə Manafort Yanukoviçə Ukrayanın rusdilli və ukraynadilli əhalisi arasında parçalama yaratmaqda kömək göstərib. Bundan başqa, o, 2008-ci ildə Ukraynanın NATO üzvlüyü əleyhinə kampaniyanı yürüdülməsində iştirak edib. 2010-cu ildə isə o, Yanukoviçin müşaviri kim çalışıb.
Epplbaum Manafortun Ukraynada əldə etdiyi təcrübəni Tramp üçün də həyata keçirdiyini bildirərək yazır:

“ABŞ siyasi sinfinin və iş zümrəsinin bir hissəsi ideoloji və estetik olaraq özlərini postsovet həmkarlarına oxşatmağa cəhd edirlər. Yalançı şirkətlərdən və Kipr banklarlndakı saxta hesablardan yararlanmaq, dəbdəbəyə ayrılan böyük xərclər, seçkilərdə qalib gəlmək üçün etniklərarası və irqlər arası münaqişədən istiafdə etmək..əgər ittiham aktı həqiqətə uyğundursa məhz Manafortu bu cür rus-amerikan uyğunluğunun canlı nümunəsi saymaq olar. Tramp isə bu prosesin son zirvə nöqtəsidir”.

Tramp üçün Manafortdan daha əxlaqsız seçki qərargahı rəisi tapıla bilməzdi - Qərb mətbuatı

The Washington Post qəzetinin yazarı Dana Milbank Corc Papadopulosun artıq rəsmən Hillari Klintonun əleyhinə material əldə etməkdən ötrü ruslarla kontakta girdiyini etiraf etdiyini və bunun olduqca önəmli oldğunu yazıb. Siyasi lüğətdə bunun adına “əlbir olmaq deyilir”, - Milbank bildirir.

Müəllif Trampın Klintoun özünü ruslarla əlaqədə olması ilə bağlı ittihamlarını gülünc hesab edib.

“Trampın standartlarındakı “əlbirlik” seçkilərə birbaşa müdaxilədən əlavə, Rusiya ilə bağlı istənilən adamla və ya səbəblə bağlı olmağı nəzərdə tutur. Bu standartlara görə, məsələn, rus arağını içən, “Fındıqqıran” baletinə baxan, “Anna Karenina”, “Hərb və sülh” oxuyan, Mariya Şarapovanın tennis matçını izləyən, “Sikorski” helikopterində uçan, Sibir itinə sahib olan hər kəs ruslarla əlbirdir”, - Milbank D.Trampın son tvitini məsxərəyə qoyub.

Musavat.com
Tarix: 1-11-2017, 17:21
Xəbəri paylaş





Xəbər lenti