S-400 raketləri Türkiyəyə neçəyə başa gələcək? – Rusiya açıqladı

S-400 raketləri Türkiyəyə neçəyə başa gələcək? – Rusiya açıqladı Türkiyə ilə bağlanmış S-400 “Triumf” zenit-raket komplekslərinin müqavilə qiyməti 2 milyard dolları keçir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə dövlət şirkəti “Rostex”i baş direktoru Sergey Çememzov çıxış edib. O, sadəcə qiyməti deyərək başqa detalları açıqlamayıb.

Daha əvvəl Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə müşaviri Vladimir Kojin demişdi ki, Rusiya və Türkiyə müqavilənin icrasına hazırlaşırlar. Türkiyə bu sistemlər üçün ilkin ödənişi artıq edib.

Türkiyə müdafiə sənayesi katibliyinin sədr müavini İsmayıl Demir isə öz növbəsində deyib ki, S-400-lər yaxın iki il içində təhvil veriləcək.
Tarix: 2-11-2017, 15:28
Xəbəri paylaş





Xəbər lenti