FETÖ ilə əlaqəm olsaydı… – Məşhur türk aktyoru

FETÖ ilə əlaqəm olsaydı… – Məşhur türk aktyoru Həyat yoldaşımı aldatdığıma peşmanam, ancaq o qadın qardaşım qızı deyil.

Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, bu sözləri son zamanlar sosial mediada söz-söhbətli şəkilləri yayılan məşhur Türkiyə aktyoru Murat Başoğlu deyib.

O, qeyd edib ki, həyat yoldaşını aldatdığına peşmandır, ancaq o qadın qardaşı qızı deyil. Həmçinin aktyor bir məsələyə də aydınlıq gətirib: “FETÖ ilə əlaqəm olduğu iddia edildi. Əgər FETÖ ilə əlaqəm olsaydı, indi bir qəpiksiz qalmazdım. Həyat yoldaşım bütün pullarımı əlimdən aldı”.

Qeyd edək ki, bir müddət əvvəl sosial mediada məşhur aktyorun bir qadınla xoşagəlməz görüntüləri yayılmışdı. İddia olunurdu ki, görüntülərdəki qadın Murat Başoğlunun qardaşı qızıdır.
Tarix: 2-11-2017, 21:51
Xəbəri paylaş





Xəbər lenti