İsrail mətbuatı: “Kərkük nefti əlimizdən çıxdı! Bu qədər nefti ucuz alıb baha qiymətə ixrac edirdik”

İsrail mətbuatı: “Kərkük nefti əlimizdən çıxdı! Bu qədər nefti ucuz alıb baha qiymətə ixrac edirdik” “Bərzani Kərkük neftini gizli-gizli İsrailə satırdı!”

Hurriyyet.org xəbər verir ki, Türkiyədə səfərdə olan İraq türkmənləri heyətindəki İTC (İraq Türkməneli Cəbhəsi) partiyasının sədr müavini Həsən Turan Bərzaninin 4 il işğal altında saxladığı Kərkükdən çıxan nefti qeyri-qanuni yollarla İsrailə satdığını bildirib.


Prezdient Ərdoğanın öz iqamətgahında qəbul elədiyi türkmən heyətinin tərkibində olan İraq Türkməneli Cəbhəsinin sədr müavini və Kərkükdən seçilmiş millət vəkili Həsən Turan, vəzifəsindən istefa verən İraq Regional Kürd İdarəsinin rəhbəri Məsud Bərzaninin Kərkük neftini gizli şəkildə İsrailə satdığını bəyan edib.

Ən çox İsrailə satırdı

Turan Kərkükün Peşmərgədən alınmasından sonra İsrail mətbuatında “Kərkük neftindən məhrum olduq. Bu qədər nefti ucuz qiymətə alıb, təkrar ixrac edirdik” xəbərlərinin yayıldığını bildirərək deyib: “Ən çox İsrail alırdı. Sonra İtaliya şirkətləri də var idi. Gəliri də Şimali İraq hökumətinə gedirdi. İndi İraq Kürd Regional İdarəsinin gündəlik 595 min barrel ixracatı, Kərkük quyuları İraq hökumətinin nəzarəti altına keçəndən sonra aşağı düşüb. Hazırda gündə 225 min barrel ixrac edilir. Aradakı fərq, Kərkükdən çıxarılan neft idi. Artıq əllərindən çıxıb”.

Turan Kərkük neftinin boru xətti ilə Türkiyəyə təkrar daşına bilməsinə imkan yaradacaq təmir işlərinin aparılmaqda olduğunu bildirib: “Hazırda neft ixrac edilə bilmir. Kərkük neft xəttinin bir hissəsi İŞİD-in nəzarət elədiyi ərazidə idi. Zədələnmişdi. 3-6 ay ərzində İŞİD-in zədələdiyi boru xəttinin təmir ediləcəyinə və ixracatın başlanacağına ümid edirik. Xəttin 5-6 kilometri Şimali İraq İdarəsinin nəzarətindək bölgələrdən keçir. Şimali İraq tərəfə düşən hissəni Ovaköydən keçirəcəyik. Həmin xətt artıq birbaşa Kərkükdən gələvək. Şimali İraqa daxil olmadan Türkiyə sərhədlərinə gedəcək, Ceyhana qədər uzanacaq”.

Beləliklə, İŞİD-in İraqdakı ərazilərini işğal eləməsi ilə Bağdad hökuməti Kərkük nefti üzərində nəzarəti itirmiş, bu imkan Bərzaninin əlinə keçmişdi.

Əvvəl İŞİD, sonra kürdlər

Prezident Ərdoğanla görüşən türkmən heyətindəki Kərkük millət vəkili Məhəmməd Mehdi Bayati Türkiyə mətbuatına açıqlamasında deyib: “Şiələrlə sünnilər qız alıb qız verirdilər. Sonradan İraqı parçalamaq üçün ortaya ayrı-seçkliklər salındı. Bu şiədir, bu sünni, bu türkdür, bu kürddür deyə. Milləti parçalamaq üçün belə fikirləri ortaya atdılar”. O, daha sonra deyib: “Biz Kərkükdə iki düşmənlə qarşılaşdıq. Biri gəlmişdi ki, bizi qırsın, yox eləsin. O, İŞİD-dir. Kürdlər isə düşmən deyildilər, lakin “mən varam, sizi yox hesab edirəm” deyərək, bizi yox eləmək istədilər. Burada hədəf sadəcə, Kərkük deyil. İraq, türk, İran millətləri hərəfdir. Məsələ Kərkük-türkmən məsələsi deyil. Bilirəm k, Amerika İraqa gələndə mənə köməyə gəlməyib. Mən, Amerikanın, İŞİD-in İraqda qalmasını istəmədiyinə inamaram. İŞİD Amerikanın bir “peşkə”sidir. İstər, Suriya, istər İran, istərsə də Türkiyədə istifadə edə bilər. Bu problemin 25 faizi türkmənlərin, qalanı isə Türkiyənin, İranın, ərəblərindir”.
Tarix: 2-11-2017, 22:22
Xəbəri paylaş





Xəbər lenti