Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurdu

Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurdu Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. APA-nın “Əl Ərəbiyə” kanalına istinadən verdiyi xəbərə görə, raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb.

Məlumata görə, raket Yənəndəki üsyançı husilər tərəfindən atılıb.

Bundan əvvəl “Əl Mayəddin” telekanalı bildirmişdi ki, Yəmən ordusunun raket birləşmələri Livanın Kral Xalid adına beynəlxalq aeroportuna uğurlu zərbə endirib.

“Biz növbəti dəfə sübuta yetirdik ki, düşmənlərimizin paytaxtları heç də raketlərimizdən qorunmayıb”, - deyə Yəməndə hərəkatlardan birinin rəhbəri Məhəmməd Abid Əs Salam “Twitter” hesabında bildirib.

Siam.az
Tarix: 5-11-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti