İran ordusunun rəhbəri Trampın ittihamna cavab verib

İran ordusunun rəhbəri Trampın ittihamna cavab verib İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib.

Məhəmməd Əli Cəfərinin sözlərini yerli IRNA sitat gətirib.

"Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə bizim Yəmənə raket vermək imkanımız yoxdur", — deyə IRNA Cəfərinin sözlərini sitat gətirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə qüvvələrinin Ər-Riyadın şimal-şərqinə atılan ballistik raketi tutduqlarına dair məlumat yayılıb.

Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı istiqamətində raketin atılmasında İranı ittiham edib.
Tarix: 5-11-2017, 22:20
Xəbəri paylaş





Xəbər lenti