Suriya ordusu İŞİD-in İraqla sərhədindəki forpostuna hücum edib

Suriya ordusu İŞİD-in İraqla sərhədindəki forpostuna hücum edib Suriya ordusunun əsgərləri və könüllülər İraq ilə sərhədə qədər gəlib çatıb və İŞİD terror qruplaşmasının forpostu sayılan Əbu-Kamal şəhərindən 30 km cənubda qərarlaşıblar.

TASS xəbər verir ki, qoşunlar sərhəd zonasında yerləşən Akkaş neft yatağına yaxınlaşır.

İraq Hərbi Hava Qüvvələrinin helikopterləri Əbu-Kamala daxil olmağa hazırlaşan Suriya ordusuna dəstək verir. İraq ordusu tərəfdən döyüşən "Əl-Həşd Əl-Şaabi" qruplaşması terrorçuları daim atəşə tutaraq onların İraq ərazisində sığınmasına imkan vermir.
Tarix: 6-11-2017, 14:29
Xəbəri paylaş





Xəbər lenti