ABŞ-dan Türkiyə barədə — ÇOX VACİB QƏRAR

ABŞ-dan Türkiyə barədə — ÇOX VACİB QƏRAR ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini qismən bərpa edib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi bildirib. Verilən məlumata görə, baş konsulluğun əməkdaşlarının saxlanılmayacağı və həbs olunmayacağı halda, bu ölkə vətəndaşlarına vizaların verilməsində problemlər olmayacaq. Səfirlikdən həmçinin açıqlanıb ki, vizalar Türkiyə vətəndaşlarına məhdud şəkildə veriləcək.


ABŞ hökuməti buna Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində qərar verib.
Qeyd edək ki, B.Yıldırım 7-11 noyabr tarixlərində baş tutacaq səfər zamanı ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Türkiyədəki baş konsulluğun əməkdaşının saxlanması səbəbi ilə bu ölkə vətəndaşlarına viza verilməsini dayandırıb. Hadisə sentyabrın 8-də baş verib. Türkiyə hökuməti isə amerikalı diplomatının saxlanılmasını həmin əməkdaşın Fəthulla Gülən hərəkatı ilə əlaqələri olması ilə izah edib.

Ziya Səccad
Tarix: 6-11-2017, 22:15
Xəbəri paylaş





Xəbər lenti