İkinci Bərzani Türkiyəyə yalvardı - Hazırıq...

İkinci Bərzani Türkiyəyə yalvardı - Hazırıq... Türkiyə 1980 və 1990-cı illərin ağır dövrlərində sərhəd qapılarını bizim üzümüzə açıb. Türkiyə daxil olmaqla bütün ölkələrlə problemlərin həlli üçün görüşüb müzakirələr aparmaq istəyirik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ərbildə Nazirlər Kabinetinin toplantısından sonra İraq Kürd Muxtariyyətinin baş naziri Necirvan Bərzani jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, rəsmi Bağdadla İraq konstitusiyası çərçivəsində görüşlərə hazırdırlar, problemləri qarşılıqlı anlaşma ilə həll edilməsini istəyirlər:


“Arxada qalan 14 il bizə bunları göstərdi: İraq büdcə müzakirələri zamanı Kürdüstan bölgəsinə ögey yanaşıb. Bu, konstitusiyaya ziddir. Bağdadla uyğun həll yolununun tapılması və atəşkəs əldə edilməsinin tərəfdarıyıq. Əgər Kürdüstan bölgəsinə İraq büdcəsinin 17 %-ni verərlərsə, neft məsələsini də müzakirəyə etməyə hazırıq. Kərkükdə baş verən hadisələrdən sonra Kürdüstan bölgəsində neft istehsalı yarıya qədər azalıb. Hər birimizin özümüzə bu sualı verməyimiz vacibdir. İraqda istiqalal istəyirsinizmi? Bağdad da özünə bu sualı verməlidir. Bir yandan deyirlər ki, əmək haqlarını göndərməyə hazırıq, digər tərəfdən göndərməyəcəklərini bildirirər. ABŞ-ın Bağdad-Ərbil arasında görüşlərin keçirilməsi üçün bir təşəbbüsü yoxdur. Sərhəd qapıları problemini İraq konstitusiyası çərçivəsində həll etmək istəyirik. Hərbi yolla bu problemin həll edilməsinə qarşıyıq. Çünki bu həll variantı olmayacaq. Əsgərlərdən ibarət nümayəndə heyətləri arasında görüşlər keçirilir, ancaq hər hansı bir anlaşma imzalanmayıb”.

Türkiyə haqqında danışan Nəcirvan Bərzani deyib ki, Türkiyə daxil olmaqla bütün ölkələrlə problemlərin həlli üçün görüşlər keçirmək istəyirlər:

“Türkiyə bizim üçün çox pis dövrlər olan 1980 və 1990-cı illərdə sərhədlərini xalqımıza açdı. Bizim Türkiyə və İranla münasibətlərimiz var. Cəhdlər göstəririk və göstərməkdə də davam edəcəyik. Mübahisəli bölgələrlə bağlı problemlər konstitusiya əsasında həll edilməlidir”.
Tarix: 6-11-2017, 22:45
Xəbəri paylaş





Xəbər lenti