Yunanıstanda müxalifət partiyasının mərkəzi qərargahına silahlı hücum olub

Yunanıstanda müxalifət partiyasının mərkəzi qərargahına silahlı hücum olub Yunanıstanın Ümumyunan Sosialist Hərəkatı (PASOK) müxalifət partiyasının mərkəzi qərargahına silahlı hücum olub.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, naməlum şəxs mühafizə polislərinə üç dəfə atəş açdıqdan sonra gözdən itib.
Yunanıstanın baş naziri Aleksis Tsipras hücumu kəskin şəkildə pisləyib və ölkənin vətəndaş hüquqlarını qoruma naziri Nikos Toskosa məsələni araşdırmağı tələb edib.

Polisin araşdırmasına görə, PASOK-un mərkəzi qərargahına silahlı hücumu "İnqilabçı Özünümüdafiə" qruplaşmasının həyata keçirdiyi məlum olur. Çünki hadisə yerindən tapılan güllələr 2014-ci il mayın 25-də, 2016-cı il iyulun 31-də və 2017-ci il yanvarın 10-da PASOK-un mərkəzi qərargahına silahlı hücumda istifadə edilən silaha məxsus olduğunu göstərir. Bu hücumlardan ilk ikisini "İnqilabçı Özünümüdafiə" öz üzərinə götürüb.
Tarix: 7-11-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti