Rusiyadan ŞOK iddia: ABŞ İŞİD komandirlərini vertolyotla daşıyır

Rusiyadan ŞOK iddia: ABŞ  İŞİD komandirlərini vertolyotla daşıyır Hurriyyet.org xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyinin yerli sakinlərdən aldığı məlumata görə, Suriya ordusunun Mədaini azad etmək əməliyyatının başlanmasına iki həftə qalmış Amerika vertolyotları İŞİD-in əcnəbi komandirlərini şəhərdən çıxardıblar.

Hökumət qüvvələri Mədainin azad edilməsi əməliyyatına oktyabrın əvvəlində başlayıblar, şəhərin azad edilməsi üçün onlara iki həftə gərək olub. Yerli çoban Məhəmməd Avad əl-Hüseyn mətbuat nümayəndəsinə şahidi olduğu hadisəni belə danışıb: “Amerika hərbi aviasiyası Mədain yaxınlığındakı Ər-Rəhba rayonunda, Heydər fermasının yaxınlığında manevr etdi. Sonra havadan zərbə endirdilər, biz dərhal gizlənməyə çalışdıq və bir neçə Amerika vertolyotunu gördük. Yerdə İŞİD-in əcnəbi komandirləri var idi. Onlar Heydər bağlarında yerləşən qərargahlarının yaxınlığında durub gözləyirdilər. Vertolyotlar onları götürərək Mədaindən uzaqlaşdılar”.

Şahid vertolyotları Umm əl-Ayn kəndində də gördüyünü deyib: “Amerika aviasiyası... Əvvəlcə gurultu gəldi, sonda Bakras ətrafına və qonşu kəndlərə güclü aviazərbə endirdi. Sonra vertolyorlar gəlib İŞİD rəhbərlərini apardılar. Bundan sonra aviazərbələr dayandırıldı”.

79 yaşlı əl-Hüseyn əvvəllər Suriya ordusunda xidmət etdiyini və buna görə Amerika aviasiyasını ayırd edə bildiyini bildirib.

Digər sakinlər isə avtomobillərin əvvəlcə Mədaindən iki əcnəbi İŞİD rəhbərini ailələri ilə birlikdə terror təşklatının Ər-Rahbada, Heydər bağlarında yerləşən qərargahına gətirdiyini gördüklərini söyləyiblər. Sonra vertolyotlar gələrək onları naməlum istiqamətə aparıb.

Sentyabr ayında isə adının açıqlanmasını istəməyən hərbi-dilomatik mənbə “RİA Novosti”yə müsahibə verərək, cari ilin avqust ayında ABŞ aviasiyasının Suriyanın şimalındakı Deyr-əz Zor rayonundakı iyirmi nəfərdən artıq İŞİD rəhbərini və onlara yaxın olan terrorçuları evakuasiya etdiyi xəbərini vermişdi.
Tarix: 7-11-2017, 20:44
Xəbəri paylaş





Xəbər lenti