Rusiyadan bəyanat: Səudiyyə və Yəmən...

Rusiyadan bəyanat: Səudiyyə və Yəmən... Səudiyyə Ərəbistanı ilə Yəmən arasında yaşanan durum bizi dərindən narahat edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

“İki ölkə arasında hava, dəniz və quru sərhədlərinin qapadılması ciddi narahatlıq yaradır. Uçuşların qadağan edilməsi BMT-nin humanitar yardımlarını da əhatə edir. Bu proseslər yeni silahlı münaqişəyə səbəb ola bilər və qurbanların sayı arta bilər. Yəməndə humanitar vəziyyətin daha da acınacaqlı duruma düşməsinə gətirib çıxara bilər”, - XİN-nin bəyanatında vurğulanıb.

Qeyd edək ki, Yəməndə husilərin Ər-Riyada uğursuz raket zərbələrindən sonra iki ölkə arasında bütün sərhəd keçid məntəqələri müvəqqəti qapadılıb.
Tarix: 8-11-2017, 07:02
Xəbəri paylaş





Xəbər lenti