Vəliəhdin rəqibinin düşdüyü qəza ilə bağlı QORXUNC İDDİA

Vəliəhdin rəqibinin düşdüyü qəza ilə bağlı QORXUNC İDDİA Səudiyə Ərəbistanında şahzadələrin həbsilə eyni zamanda kral sarayının daha bir üzvünün düşdüyü helikopter qəzası ilə bağlı iddialar ortaya atılıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, şahzadə Mansur bin Mukrinlə yanaşı bir sıra dövlət məmurlarının da ölkədən qaçmağa cəhd etdiyi aydınlaşıb.

Belə bir iddia ilə Middle East Eye xəbər portalı çıxış edib. Səudiyyə vəliəhdi olan Məhəmməd bin Salmanın rəqibi olan Mukrin ölkədən qaçmaqla həbsdən yaxa qurtarmaq istəyib.

İsrail nəşri olan “Yediot Aharonot” isə helikopterin raketlə vurulduğunu iddia edib.

Cebhe.info xatırladır ki, 11 şahzadə və 7 nazirin həbsindən sonra 8 okyabrda həbslərin ikinci dalğası başlayıb.
Tarix: 9-11-2017, 10:00
Xəbəri paylaş





Xəbər lenti