Abdullah Güldən Ərdoğana şok çağırış:"Avropa İttifaqına güzəştə getmə, danışıqları dayandırın"
"Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir".
Bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib.Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.
Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək/Trend
Tarix: 9-11-2017, 13:06