Dünyanı qarışdıran İDDİA: İsrail müharibəyə başlayır

Dünyanı qarışdıran İDDİA: İsrail müharibəyə başlayır İsrail “Hizbullah” terror təşkilatının Livanın cənubundakı mövqelərinə qarşı hücuma hazırlaşır.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailin Livana hücuma hazırlaşmasına paralel olaraq, ABŞ liderliyində qurulan hərbi ittifaqın da Yəmən və Qətərdə hərbi əməliyyatlara hazırlaşdığı bildirilir.


Plana əsasən, İsrail Livana hücum edərkən, BƏƏ və Səudiyyə Ərəbistanı Qətəri neytrallaşdıracaq addımlar atmağa cəhd edəcək. ABŞ tərəfindən hazırlandığı iddia olunan plana görə Körfəzdən İraq və Suriyaya uzanan xətt boyu yerləşən bölgələrdə məzhəb qarşıdurmaları başladılacaq və bir çox ölkənin əraziləri işğal edilərək yeni dövlətlər qurulacaq.

Səudiyyə Ərəbistanında gərginləşən siyasi proseslərin daha çox təsir etdiyi ölkə olan Livanın baş naziri Səəd Həriri artıq istefaya gedib. İstefadan sonra Həriri BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib və burada İran və “Hizbullah”ı ittiham edəcək açıqlamalar verib. İsrailin Livan sərhədləri boyu başladığı hərbi manevrlərin bu ölkəyə işğal ərəfəsində son hazırlığı kimi qiymətləndirilir. İsrailin əsas məqsədinin “Hizbullah”ı tamamilə neytrallaşdırmaq olduğu iddia edilir. İsrail ordusunun hava və qurudan intensiv raket zərbələri ilə başlayacaq hücum çərçivəsində İsraillə sərhəddə yerləşən Nakura bölgəsindən Dahiyə Cəlubiyyəyədək regionların işğal edilməsi planlaşdırılır. İsrail tərəfindən hazırlanmış işğal xəritəsinə görə Livan ərazilərinin 65%-nə və “Hizbullah”ın yerləşdiyi bütün bölgələrə nəzarət ələ keçirilməlidir. Üstəgəl, Səudiyyə Ərəbistanının dəstəklədiyi könüllü silahlı qruplaşmalar şiə bölgələrinə hücum edəcək və bu, Livanda vətəndaş müharibəsini qızışdıracaq.

Beləliklə, “Hizbullah” İsrail və daxildə fəallaşan silahlı qruplaşmalarla müharibə etmək məcburiyyətində qalacaq. Plan həyata keçəcəyi halda Səəd Həriri Livana dövlət başçısı kimi qayıda biləcək. İsrail – BƏƏ ittifaqının hücumlarına cavab olaraq, İranın Bəhreyn daxilindəki şiələri qızışdıracağı bildirilir. Paralel olaraq, Yəməndə fəallaşacaq İran burada Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinə qarşı müharibəyə başlaya bilər.
Tarix: 9-11-2017, 15:05
Xəbəri paylaş





Xəbər lenti