MÜMKÜN SƏUDİYYƏ-İRAN MÜHARİBƏSİ:4 səbəb bu ehtimalın əleyhinədir - TƏHLİL

MÜMKÜN SƏUDİYYƏ-İRAN MÜHARİBƏSİ:4 səbəb bu ehtimalın əleyhinədir - TƏHLİL Jo Makaron

“Al-Jazeera” (Qətər)



İddialı Səudiyyə vəliəhd-şahzadəsi xarici ritorikanın artırılması ilə bərabər, evindəki müxalifləri yolundan təmizləməklə, hakimiyyətini gücləndirir. Göründüyü kimi, daxili qarışıqlıqlardan diqqəti yayındırmaq üçün o, Livandan Yəmənə qədər güclənmiş İran rejimi vəkillərinə meydan oxuyur. Bu durum Riyad və Tehran arasında labüd müharibə ssenarisinə bənzəyir, amma özlüyündə o mümkün deyil.


Noyabrın 4-də bir neçə saat ərzində iki əsas hadisə baş verdi: Livanın baş naziri Səəd Həriri İrana dəstək verən “Hizbullah” ucbatından Riyadda istefa verdi, daha sonra Səudiyyə müdafiə qüvvələri Yəməndən krallığın paytaxtına istiqamətlənən uzunmənzilli raketi ələ keçirdi. Səudiyyə Ərəbistanı əvvəlcə husilərə işarə etdi və Yəmənlə quru, dəniz və hava sərhədlərini bağladı, lakin bu siyasi təfəkkür noyabrın 6-da dəyişdi.

MÜMKÜN SƏUDİYYƏ-İRAN MÜHARİBƏSİ:4 səbəb bu ehtimalın əleyhinədir - TƏHLİL

Səudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr dedi ki, bu, "Hizbullah”ın Yəməndən atdığı İran raketi idi. Həmin gün başqa bir Səudiyyə naziri dedi ki, rəsmi Riyad Livan kabinetini "Hizbullah”ın təcavüzünə görə Səudiyyə Ərəbistanına müharibə elan edən hökumət kimi" nəzərdən keçirəcək.

Səudiyyənin bu bəyanatlarının boş söz olmasının dörd səbəbi var.

Birincisi, Riyad Tehranın orbitindəki ən zəif bəndlərə baxır: daha çox İraq və Suriyanın yerinə, Livan və Yəmənə. Livanda konsensus yoxdur və siyasi barışıq çətindir. Səudiyyə Ərəbistanının livanlı müttəfiqləri “Hizbullah”la qarşıdurma halında, onlara kömək etmək üçün Riyadın müdaxilə etməyəcəyini bilirlər. Yəməndə də 33 aylıq müharibədə nəticə əldə olunmayıb.

İkincisi, Səudiyyə ritorikası krallığın xarici siyasətinə uyğun gəlmir. İraq və Livandakı iki Səudiyyə səfiri ötən həftə təyin olunublar. Oktyabrın 25-də Səudiyyə Ərəbistanı və İran diplomatik əlaqələri pozulduğuna görə (2016-cı ilin əvvəli) İsveçrə hökumətini konsulluq və diplomatik xidmət üçün vasitəçi seçib.

Siyasi təsirini artırmaq və yeni bazar ümidini uzun bir müddət gözlədikdən sonra Riyad İraqa dönüb. İranla hərbi qarşıdurma Səudiyyə Ərəbistanı ilə İraq arasında sıx əlaqəyə ziyandır. Suriyada isə Səudiyyə Ərəbistanının müxalif elementlərə təsiri azalıb.

Üçüncüsü, qarşıdurma indi İranın maraqlarına uyğun deyil. Prezident Həsən Ruhaninin may ayında yenidən seçilməsindən sonra daha da möhkəmlənən İran rejimi səylərini nüvə razılaşmasının iqtisadi faydalarını və Suriyadakı mənfəətlərinin qorunmasına yönəldib.

İranın İnqilab Keşikçilərinin komandiri Məhəmməd Əli Cəfəri oktyabrın 31-də İranın Yaxın Şərqdə İsrail və ABŞ-a cavab verə biləcək uzunmənzilli raketlərini 2 min km-ə qədər məhdudlaşdırdığını elan edib. Bu addım Avropa ölkələrini sakitləşdirmək üçün atılıb.

Noyabrın 1-də Tehrana səfər edən Rusiya prezidenti Vladimir Putin Tehranda ABŞ-a qarşı tənqidi ritorikanı yumşaltmağı tövsiyə edib. Rusiya Suriyadakı siyasi həll yoluna yönəlmiş olsa da, İran İŞİD-in məğlubiyyətindən sonra belə, Suriya müharibəsinin bitməyəcəyini və ABŞ-Rusiya sövdələşməsinin İranın bölgədəki maraqları hesabına başa gəlməsi ehtimalı olduğunu görür.

Nəhayət, ABŞ-ın ziddiyyətli siyasəti Səudiyyə Ərəbistanını İrana qarşı ritorikanı kəskinləşdirməyə yönəldir. Ancaq Səudiyyənin bu davranışı güman ki, uzun sürməyəcək. Ağ Ev və ABŞ isteblişmenti arasında fərqlər var. Prezident Donald Tramp noyabrın 5-də "İranın Səudiyyə Ərəbistanını atəşə tutulduğunu" söyləsə də, Dövlət Departamenti noyabrın 7-də qeyd etdi ki, hələ bu raketi işə salanın kim olduğu qəti şəkildə aydınlaşmayıb.

Dövlət Departamenti və Pentaqon Livandakı hökumət və raket məsələsində Səudiyyə kampaniyasından özünü uzaqlaşdırır. Ən əsası, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqeyi İranla hərbi qarşıdurmanı əhatə etmir. Suriya rejimi və onun müttəfiqləri bu gün Bukamal keçidini və Şam-Bağdad quru yolunu nəzarət altına almağın son mərhələsindədir, çünki Rusiya və ABŞ Suriya-İraq sərhədindəki Deyr əz-Zor əyalətini bölüşmək üçün səyləri koordinasiya edirlər.

Səudiyyə rəhbərliyi, ehtimal ki, daxili təmizlənmə bitdikdə ritorikanı aşağı salacaq. Ağ Ev bir müddət Riyada dəstək verəcək, lakin sonra Vaşinqton regional gərginliyin qarşısını almaq üçün əks-təzyiqi artıracaq.

İran da kəskin təpkidən çəkinir və bəlli bir qarşıdurma ucbatından regional qazancları ilə risk etmək istəmir. Amma ABŞ vəziyyəti nəzarətə olmasa, gözlənilməz nəticələr həqiqətən, ola bilər.



Tərcümə: Strateq.az
Tarix: 9-11-2017, 19:20
Xəbəri paylaş





Xəbər lenti