Rusiyada bina çökdü: Ölәn vә yaralananlar var - Video

Rusiyada bina çökdü: Ölәn vә yaralananlar var - Video Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi çöküb.

Teleqraf.com rus mәtbuatına istinadәn xәbәr verir ki, hadisә nәticәsindә 9 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

Rusiya FHN-in məlumatına görə, hadisəyә sәbәb məişət qazının sızması olub.

Hadisә nәticәsindә iki nəfər ölüb. Xilasedicilər dağıntılar altından 4 nəfəri çıxarıblar. Onlardan ikisi artıq evə buraxılıb. Dağıntılar altında hәlә dә insanların qaldığı bildirilir.

Binanın bütün sakinləri təxliyə edilib.

Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib.

Qəza baş verən bina 1999-cu ildə tikilib. Partlayışın tüfeyli həyat tərzi keçirən ailənin mənzilində qaz avadanlığının yarasız olması üzündən baş verdiyi ehtimal olunur.

Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tarix: 9-11-2017, 20:28
Xəbəri paylaş





Xəbər lenti