“Avropa terrorçuları dəstəkləyir” — Ərdoğan hiddətləndi

Avropa İttifaqı ölkələri terrorçuları dəstəkləyir. “Avropa terrorçuları dəstəkləyir” — Ərdoğan hiddətləndi “Ölkə.Az” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri PKK terror təşkilatının üzvlərinə sığınacaq verir.

“Avropa terrorçulara dəstək verir. PKK terrorçuları açıq şəkildə Almaniya, Fransa və digər Avropa ölkələrində müxtəlif aksiyalar keçirir və Türkiyənin demokratiyasına və dövlətçiliyinə qarşı çıxışlar edirlər. “Onlar Berlin və Parisin küçələrində, eləcə də, Avstriyada yürüşlər edirlər. Sözdə Avropa İttifaqı guya PKK-nı dəstəkləmir və terror təşkilatı kimi qəbul edir. Əgər bu belədirsə, nə üçün onlar polisin mühafizəsi altında gəzirlər? Nə üçün separatçı təşkilatın liderinin portretini inzibati binalardan asırlar? Nə üçün onlara şərait yaradılır ki, Türkiyə dövlətinə qarşı ittihamlar səsləndirsinlər?”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, PKK terror təşkilatının üzvlərinin 2015-ci ildən bəri Türkiyədə həyata keçirdiyi terror aktlarında 900 polis və hərbçi şəhid olub, 300 vətəndaş isə öldürülüb.Bu dövr ərzində Türkiyə ordusunun həyata keçirdiyi anti-terror əməliyyatlarında 10 mindən çox PKK terrorçusu məhv edilib.
Tarix: 10-11-2017, 00:32
Xəbəri paylaş





Xəbər lenti