LXR Ukraynanın tərkibinə qayıtmağa hazır olduğunu bəyan edib

LXR Ukraynanın tərkibinə qayıtmağa hazır olduğunu bəyan edib «AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, tanınmamış «Luqansk xalq respublikası» (LXR) Ukraynanın tərkibinə qayıtmağa hazır olduğunu bildirib.

Tanınmamış respublikanın xarici işlər nazirinin vəzifələrini icra edən Vladislav Deyneqo yerli televiziyanın efirindən deyib ki, Kiyevlə əlaqələri tamamilə kəsməyə dünya birliyi dözməyəcək.

Bununla yanaşı, nazir əvəzi qeyd edib ki, «LXR və DXR Ukrayna dövləti çərçivəsində tam sərbəstliyə malik olmalıdırlar».

Onun sözlərinə görə, məhz bu yolla getmək lazımdır ki, dünya birliyi tərəfindən tanına bilsinlər.

Siam.az
Tarix: 10-11-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti