Fransa prezidenti “Rusiya müdaxiləsi”ni ciddi təhlükə adlandırıb
“Rusiya müdaxiləsi” ABŞ və Fransa kimi demokratik dövlətlər üçün ciddi təhlükədir.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emanuel Makron bildirib.
“Biz bu cür müdaxilənin potensial fəsadlarını lazımınca qiymətləndirməliyik”, - deyə Emanuel Makron “Time” nəşrinə bildirib.
Rusiya ABŞ və Fransada seçki proseslərinə müdaxiləyə dair ittihamları rədd edir.
Tarix: 10-11-2017, 08:39