İsrailə “vur” əmri verildi – Yaxın Şərq yeni müharibənin BİR ADDIMLIĞINDA

İsrailə “vur” əmri verildi – Yaxın Şərq yeni müharibənin BİR ADDIMLIĞINDA “Səudiyyə Ərəbistanı İsraildən Livanı vurmasını istəyib”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Livanın “Hizbullah” təşkilatının lideri Həsən Həsrullah çıxış edib.
Səudiyyə Ərəbistanının Livan xalqı və “Hizbullah”a qarşı müharibə elan etdiyini iddia edən Nəsrullah Ər-Riyadda olarkən istefa verən Livanın baş naziri Saad Həririnin ev həbsində saxlanıldığını bildirib. O, bu məsələdə İsrailin də barmağının olduğunu deyib.
“Əgər Həriri istefa vermək istəyirsə, Beyruta dönməlidir”, - “Hizbullah”ın lideri vurğulayıb.
Ömər
Tarix: 10-11-2017, 23:29
Xəbəri paylaş





Xəbər lenti