ABŞ generalı:“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub”

ABŞ generalı:“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub” Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

“AP” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bəyan edib. “Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib. Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib. (APA)
Tarix: 11-11-2017, 00:19
Xəbəri paylaş





Xəbər lenti