Rusiya gəmisi bu ölkənin sularına girdi - Gərginlik

Rusiya gəmisi bu ölkənin sularına girdi - Gərginlik Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmi Latviya sərhədləri yaxınlığında görünüb.

Axar.az xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələrinin Tvitter hesabında məlumat yayılıb.

“Bu gün Baltik dənizində Latviyaya məxsus iqtisadi zonanın ərazi sularından 17 dəniz mili uzaqlığında Rusiyaya məxsus “Kaştan” adlı sualtı qayıqlara dəstək gəmisi müəyyən edilib”, - açıqlamada bildirilib.

Qeyd edək ki, Latviya mütəmadi olaraq Rusiya gəmilərinin ərazi sularını pozduğunu bildirir.
Tarix: 11-11-2017, 07:56
Xəbəri paylaş





Xəbər lenti