Tramp Putinlə əl sıxmaqla kifayətləndi

Tramp Putinlə əl sıxmaqla kifayətləndi Prezidentlər Donald Tramp və Vladimir Putin Vyetnamda keçirilən Cənub-Şərqi Asiya iqtisadi forumunda (APEC) liderlərin kollektiv şəkilçəkdirmə mərasimi zamanı əl verərək salamlaşıblar.

Noyabrın 10-da baş vermis bu qısa salamlaşmadan əvvəl bir neçə gün sammit əsnasında liderlərin görüşüb-görüşməyəcəkləri barədə ziddiyyətli xəbərlər yayılırdı.

Ağ Ev cümə axşamı Vyetnamda keçiriləcək Asiya-Sakit okeanı ölkələrinin iqtisadi sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşəcəyi ilə bağlı spekulasiyalara son qoymağa çalışıb.

Ağ Evin mətbuat katibi qeyd edib ki, iki lider üz-üzə gəlsə aralarında yalnız qısa söhbət ola bilər. Sara Sanders əlavə edib ki, Trampın Rusiya prezidenti ilə heç bir rəsmi görüşü planlaşdırılmır.

Kreml əməkdaşı Rusiya xəbər agentliklərinə bildirmişdi ki, Putin və Tramp Dananqda keçiriləcək sammit çərçivəsində görüşəcəklər.

Tramp Asiya ölkələrinə səfərindən öncə müxbirlərə bildirmişdi ki, Putinlə görüşəcəyi halda Şimali Koreyanın nüvə silahı inkişafının dayandırılması üçün ondan kömək istəyəcək.
Tarix: 11-11-2017, 08:44
Xəbəri paylaş





Xəbər lenti