Səudiyyə kralı Salman vəlihədə görə taxtdan istefa verir? –Ər-Riyaddan bəyanat

Səudiyyə kralı Salman vəlihədə görə taxtdan istefa verir? –Ər-Riyaddan bəyanat Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudin istefa verəcəyi haqda dünyanın bir sıra nüfuzlu mətbuatında xəbər yayılıb.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatda kralın vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta keçməsi üçün yaxın günlərdə istefa verəcəyi iddia olunub: "Kral səhhətini əsas gətirib, postundan geri çəkiləcək. Onun yerinə isə son həftələr korrupsiya ittihamı əsasında şahzadə və nazirlərin həbsini həyata keçirən oğlu, vəlihəd Məhəmməd bin Salman keçəcək".

Yayılan iddialarla bağlı Səudiyyə krallığı rəsmi açıqlama yayıb.

Bildirilib ki, Kral Salmanın səhhətində həqiqətən problemlər olsa da, onun istefaya getmək niyyəti yoxdur: "Belə bir ehtimal heç vaxt olmayıb və indi də gündəmdə deyil".

Siam.az
Tarix: 12-11-2017, 17:04
Xəbəri paylaş





Xəbər lenti