Tereza Mey:Rusiya ilə əlaqə istəyirik, Kreml geri çəkilməlidir

Tereza Mey:Rusiya ilə əlaqə istəyirik, Kreml geri çəkilməlidir Londonun yeni soyuq müharibə və ya əbədi qarşıdurmaya deyil, Moskva ilə məhsuldar əlaqələrə ehtiyacı var.

Axar.az xəbər verir ki, bu barədə xarici siyasət üzrə illik məruzəsində Böyük Britaniyanın Baş naziri Tereza Mey danışıb.

Baş nazir çıxışının əvvəlində Rusiyanı Krımı qanunsuz olaraq birləşdirməkdə, Donbas münaqişəsində iştirakda, kiberhücum və bir sıra ölkələrdə seçkilərin keçirilməsinə müdaxilədə ittiham edib:

“Nə etdiyinizi bilirik və siz bu barədə uğur qazana bilməyəcəksiniz. Rusiya ilə istədiyimiz əlaqələr bunlar deyil. Soyuq müharibəyə qayıtmaq və ya daimi qarşıdurma vəziyyətində olmaq istəmirik. Diqqətli olmalıyıq, çünki biz qarşılıqlı əlaqələr arzulayırıq. Buna görə qarşıdakı aylarda Britaniya xarici işlər naziri Moskvaya səfər edəcək”, - Mey bildirib.
Tarix: 14-11-2017, 14:19
Xəbəri paylaş





Xəbər lenti