Prezident Rusiyanı “TƏHLÜKƏLİ” adlandırdı

Prezident Rusiyanı “TƏHLÜKƏLİ” adlandırdı “Rusiya demokratik ölkələr üçün təhlükəlidir”.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. O, Rusiyanın son zamanlarda xüsusilə Qərb dövlətlərini təhdid etdiyini vurğulayıb.

“Rusiyanın qonşu ölkələrə müdaxilələri demokratik ölkələr üçün təhlükəli vəziyyət yaradır. Biz bu müdaxilələri ciddiyə almalıyıq, bu zarafat deyil”, - deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə aralarında Ukrayna məsələsində anlaşılmazlıq olduğunu və Ukrayna ərazilərindəki işğalların Putinə baha başa gələcəyini demişdi.

Mənsur Rəğbətoğlu
Tarix: 14-11-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti