ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında atışma olub, ölənlər və yaralananlar var ABŞ-ın Kaliforniya ştatında məktəbdə atışma olub.

"Report" xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

"CBS" teleşirkətinin verdiyi nəlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər ölüb.

Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb. Onlar arasında uşaqlar da var.

Hadisəni törədən şəxsin özü də məhv edilib.
Tarix: 14-11-2017, 23:53
Xəbəri paylaş





Xəbər lenti