İsrail İranla təkbaşına savaşa hazırdır – Netanyahu

İsrail İranla təkbaşına savaşa hazırdır – Netanyahu İranın nüvə silahı əldə etməsinin və Suriyanı hərbi bazaya çevirməsinin qarşısını almaq üçün İsrail təkbaşına hərəkət etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib.

“Tehran İsrailin sərhədlərində güclənmək və İsraili məhv etmək üçün Suriya konfliktindən istifadə edir. Dünya ictimaiyyətini İran təcavüzünə qarşı kollektiv cavab verməyə çağırıram”, - deyə Netanyahu bildirib.
Tarix: 15-11-2017, 16:09
Xəbəri paylaş





Xəbər lenti