ABŞ-dan vətəndaşlara xəbərdarlıq- "TERROR TƏHLÜKƏSİ VAR"

ABŞ-dan vətəndaşlara xəbərdarlıq- "TERROR TƏHLÜKƏSİ VAR" ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Avropa ölkələrində terror təhlükəsinin yüksək səviyyədə olduğu barədə xəbərdar edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.
“ABŞ vətəndaşlarına bayram festivallarına və digər tədbirlərə gedərkən diqqətli olmaqları tövsiyə edilir. Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada, İspaniyada və Finlandiyada baş verən insidentlər onu göstərir ki, İŞİD və “Əl-Qaidə” (terror qruplaşmaları) Avropada terror aktları planlaşdırmaq və həyata keçirmək iqtidarındadır”, deyə bəyanatda bildirilib.
Xəbərdalıq 2018-ci ilin yanvar ayının 31-nə kimi qüvvədədir.
Tarix: 17-11-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti