Dünyanın korrupsiya xəritəsi

Dünyanın korrupsiya xəritəsi “Transparency İnternational” təşkilatı korrupsiya hesabatı açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, sorğuya əsasən, korrupsiya ən çox Yəməndə yayılıb: 77%.

İkinci yerdə Hindistan (69%), üçüncü yerdə Vyetnam (65%) gəlir.

Meksikada respondentlərin 51%-i, Misirdə 50%-i, Sudan və Mərakeşdə 48%-i ölkədə korrupsiyanın olduğunu bildirib.

Azərbaycan, Qırğızıstan və Ukraynada bu göstərici 38%, Rusiyada 34% həddindədir.

Estoniyada korrupsiya həddi 5%, Gürcüstanda 7%, Latviyada 13%, Türkiyə və Özbəkistanda 18%, Belarusda 20%, Ermənistan və Litvada 24%, Qazaxıstanda 29% göstərilir.

Böyük Britaniya 0%, İsveç 1%, Fransa 2%, İspaniya və Almaniya 3% göstəriciyə malikdir.
Tarix: 17-11-2017, 14:29
Xəbəri paylaş





Xəbər lenti