Qalmaqallı fotoları kürd əsilli məmur paylaşıb – NATO-nun baş katibi Stoltenberq Hulusi Akardan üzr istədi

Qalmaqallı fotoları kürd əsilli məmur paylaşıb – NATO-nun baş katibi Stoltenberq Hulusi Akardan üzr istədi Hurriyyet.org xəbər verir ki, Norveçdəki NATO təlimləri zamanı sosial mediada “RTERDOĞAN” adlı saxta hesab açılıb. Saxta hesabı açan kürd əsilli Norveç vətəndaşı NATO-ni zərərə aparan razılaşmalar əldə edildiyini iddia edib, velosipedli uşaqların bombalanması ilə “vəzifənin tamamlandığı” mesajını yayıb.

Təlimdə iştirak etmiş türk zabitlər bundan xəbər tutduqdan sonra qalmaqal meydana çıxıb. Türk zabitlər bildiriblər: “Bu, yalan xəbərdir. Türkiyə onlarla ildir ki, NATO-nun etibarlı və sadiq tərəfdaşıdır. Belə bir razılaşma olmayıb. RTErdoğan hesabı saxta hesabdır. Lütfən, ən qısa müddət ərzində onu bağlatdırın”.

Rəsmi şəkildə üzr istədilər

Türkiyəni ayağa qaldıran rəzalətdən sonra NATO və Norveç rəsmi şəkildə üzr diləyib. Türkiyənin qurucusu Mustafa Kamal Atatürk ilə prezident R.T.Ərdoğanın “düşmən” hədəflər arasında göztərilməsinin ortaya çıxmasından sonra NATO-nun baş katibi Yens Stoltenberq üzr diləyərək deyib: “Hadisə tək bir nəfərin əməlinin nəticəsidir və NATO-nun mövqeyini əks etdirmir”.

O, həmin təxribatçının NATO əməkdaşı olmadığını və Norveç tərəfindən vəzifə verilən müqavilə ilə işləyən mülki bir məmur olduğunu bildirib. Kürd əsilli NATO əməkdaşı dərhal işindən kənarlaşdırılıb.

Stoltenberq Kanadada Türkiyənin baş qərargah rəisi Hulusi Akarla üz-üzə görüşərək üzr istəyib.

Norveçin müdafiə naziri Frans Jensen də Türkiyədən üzr istədiklərini bildirib.
Qalmaqallı fotoları kürd əsilli məmur paylaşıb – NATO-nun baş katibi Stoltenberq Hulusi Akardan üzr istədi
Qalmaqallı fotoları kürd əsilli məmur paylaşıb – NATO-nun baş katibi Stoltenberq Hulusi Akardan üzr istədi
Tarix: 19-11-2017, 09:20
Xəbəri paylaş





Xəbər lenti