Şərqin yeni "fateh"inin HÜCUM PLANI

Şərqin yeni "fateh"inin HÜCUM PLANI Yaxın Şərqi bir-birinə qatan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Yəmən, Qətər, Fələstin və Livandan sonra İordaniyanın da başına bəla olub.

Publika.az xəbər verir ki, şahzadə Qətərin blokadaya salınması ilə başlatdığı bölgəni “səhmana salmaq” əməliyyatlarına fələstinliləri də daxil edib. Onun İsrail və ABŞ-la razılaşaraq əldə etdiyi həll yolu planı İordaniyada yaşayan milyonlarla fələstinlidə narahatlıq yaradıb.

Səudiyyə Ərəbistanının tərtib etdiyi planda Qüds şəhərinin beynəlxalq bir idarəetmənin ixtiyarına verilməsi və fələstinlilərin şəhərə geri qayıtmaması məsələləri öz əksini tapıb. Bu vəziyyət iki milyondan çox fələstinlinin etirazına səbəb olub. İordaniya Krallığı Məhkəməsindən ali səviyyəli bir şəxs isə rəsmi Riyadın İordaniyanın sabitliyini təhdid etdiyini deyib.

O, Səudiyyə-İsrail planının 1940-cü ildə imzalanan, Əmman-Təl Əviv arasında sərbəst keçidi təmin edən sülh müqaviləsinə zərbə vuracağını qeyd edib.

Siam.az
Tarix: 19-11-2017, 09:38
Xəbəri paylaş





Xəbər lenti