Prezidentin mühafizəçiləri qəzaya düşdü: 4 yaralı - SON DƏQİQƏ

Prezidentin mühafizəçiləri qəzaya düşdü: 4 yaralı - SON DƏQİQƏ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərini və xüsusi təlim görmüş itləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Giresunun Görele bölgəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ciddi xəsarət alıb.

Qarşıdan gələn avtomobillə toqquşan mikroavtobusda çarəsiz vəziyyətdə qalan mühafizəçiləri, polisləri və heyvanları Görele bələdiyyəsinin xilasediciləri və yaxınlıqdakı insanlar xilas edib. Yaralılar Görele dövlət xəstəxanasına aparılıb.

Qeyd edək ki, mühafizəçilər prezident Ərdoğanın Rizə, Gümüşhane və Bayburt səfərində müşayiət edirmiş.
Tarix: 19-11-2017, 22:46
Xəbəri paylaş





Xəbər lenti