Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı

Dünyanın ən çox sərvət toplayan diktatorları - Siyahı Dünya üzərində hakimiyyətdə olan bir sıra diktatorların özlərinə külli miqdarda sərvət toplaması yəqin ki, hamımıza məlumdur

Tanınmış diktatorların bəzilərinin sərvətinin dəyərini təqdim edirik.

Dünya liderləri arasında ən çox sərvət toplamış şəxs Liviyanın sabiq prezidenti Müəmmər Qəzzafidir. O, 42 illik hakimiyyəti dövründə 75 milyard dollar məbləğində mal-mülk yığıb.

Siyahıda ikinci yerdə 30 il Misiri idarə etmiş Hüsnü Mübarək (70 milyard), 3-cü yerdə isə İndoneziyanın keçmiş prezidenti Məhəmməd Suxarto (35 milyard) dayanır. O, dünyanın ən rüşvətxor rəhbərlərdən biri kimi tanınır.

Bir neçə gün öncə hərbi çevrilişlə devrilən Zimbabve Prezidenti Robert Muqabenin və Şimali Koreya Prezidenti Kim Çen İnin isə 5-10 milyard dollar dəyərində varidatı olduğu bildirilir.
Tarix: 19-11-2017, 23:35
Xəbəri paylaş





Xəbər lenti