Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO... Almaniyada koalisiya böhranı yaşanır.

Xəbər verildiyi kimi, bazar günü Almaniyanın Azad Demokratlar Partiyasının hökumətin qurulması ilə bağlı koalisiya danışıqlarından çıxdığını bəyan edib.

“Pis idarəçilikdənsə ümumiyyətlə idarə etməmək daha yaxşıdır”, - Azad demokratların lideri Kristian Lindner bəyan edib. Qeyd olunur ki, sentyabrın 24-ə keçirilən parlament seçkilərindən sonra hakim Xristian Mühafizəkarlar Birliyi (XDB/XSB) , Yaşıllar və Azad Demokratlar Partiyası arasında koalisiya qururlması barədə danışıqlar gedirdi. Fransanın “Le Monde” qəzetinin yazdığına görə, Lindnerin demarşı Almaniyada uzun müddətdir müşahidə olunmayan siyasi böhrana yol aça bilər.

Almaniya prezidenti Frank Valter Ştaynmayer isə tərəfləri yenidən müzakirə masasına əyləşməyə çağırıb. “Biz AFR tarixində 70 ildir görülməyən situasiya ilə üzləşmişik”,- prezident deyib.

Ştaynmayer liberalların koalisiyadan imtina etməsi ilə keçmiş parityasını, sosial-demokratları onların yerini tutmağa çağırıb. Lakin sosial-demokratların lideri Martin Şults müxalifətdə qalacaqalarını qəti surətdə bəyan edib.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Frank Valter Ştaynmayer

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, siyasi müşahidəçilər böhrana bir neçə səbəb göstərirlər.

Bunlardan biri Krım məsələsinə partiyaların müxtəlif yanaşma tərzləri ilə bağldır.

Məsələn, azad demokratların lideri Kristian Lindner Krımı ən azı faktiki olaraq Rusiyanın tərkibində tanınmasının əleyhinə olmadığını söyləyib. Bundan başqa, o, Krım mövzusunun Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda ayırmağı təklif edib.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Kristian Lindner

Əsasən varlı almanları və liberal dairələri təmsil etdiyinə görə Lindneri düşündürən Almaniyanın Rusiyadakı biznes maraqlarıdır.

Onun bu mövqeyi kansler Angela Merkel tərəfindən sərt şəkildə tənqid olunub. O, hələ sentyabrın 10-da “Die Zeit” qəzetinə verdiyi müsahibədə “azad demokratlar”ın bu məsələdə yanlış düşüncədə olduğunu bəyan edib.

Lindnerə Krım problemində dəstək verən tək partiya, seçkidən öncə Kreml tərəfindən aktiv şəkildə dəstəklənən, ultrasağ “Almaniya üçün alternativ” parityasıdır. Onlar ümumiyyətlə Krımın Rusiyanın tərkibində tanınmasın lazım olduğunu söyləyirlər.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Lakin siyasi partiyaları bir-birindən ayıran əsas məsələ miqrasiya problemidir.

Merkelin partiyası ölkəyə gələn miqrantların sayının 200 minə endirlməsini istəyir. “Yaşıllar” isə gələn miqrantların ailələri ilə birlikdə viza almasından yanadır. “Azad demokratlar”ın mövqeyi xristian mühafizəkarlara yaxın olsa da final kompormisə gəlmək mümkün olmayıb.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Koalisiya 3-lüsü ölkənin ən böyük xarici siyasi başağrılarndan-Türkiyə məsələsində heç cürə razılığa gələ bilməyiblər.

Almaniyanın “Frankfurter Allgemeine” qəzetinin yazdığına görə, “Azad demokratlar” ən sərt mövqe sərgiləməyin tərəfdarıdırlar. Onlar Ankara ilə Avropa Birliyi ilə bağlı aparılan müzakirələrin ümumiyyətlə durdurulmasını tələb edirlər.

Merkelin partiyası Türkiyədə qaçqın düşərgələrində qalan miqrantların kütləvi axın etmək təhlükəsi səbəbindən bir qədər ehtiyatlı mövqe nümayiş etdirir. Hərçənd onlar da Ankaranın dostu hesab edilmir.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Yalnız “Yaşıllar” Türkiyə ilə danışıqların davam etdirilməsindən yanadırlar. “Yaşıllar”ın lideri Cem Özdemir Türkiyədə sevilməyən bir siyasətçi olsa da, Ankara ilə qapıların bağlanmasına qəti surətdə qarşı çıxır.

Almaniyadakı siyasi böhran səbəblərindən biri də ordu və NATO məsələsidir. Burada əsas problem Merkelin ABŞ qarşısında NATO büdcəsinə ölkə ÜDM-dən 2% vəsait ayırması barədə üzərinə götürdüyü öhdəlikdir. “Yaşıllar” qəti surətdə bu planı rədd edirlər.

Bundan başqa, alman əsgərlərinin xaricə göndərilməsi ilə bağlı 3 partiya arasında fikir birliyi mövcud deyil. Merkelin İŞİD-ə qarşı əməliyyatlarda Bundesveri də işə salmaq niyyətlərinə “Yaşıllar” tamamilə qarşı çıxır, “Azad demokratlar” isə bunun üçün olduqca ağır şərtlər irəli sürür.

Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...

Yaşıllların problemlə bağlı başqa təklifi var. Onların hazırladığı qanun layihəsinə görə, siyasi münaqişələrin baş verdiyi və insan hüquqlarının müntəzəm olaraq pozulduğu hesab olunan ölkələrə silah ticarəti dayandırılmalıdır. Əslində bu qərarın kimə qarşı yönəldiyi heç kimə sirr deyil.

Qeyd olunur ki, “azad demokartlar” tarix boyu mühafizəkarların təbii müttəfiqi hesab olunub. “Le Monde”-un bildirdiyi kimi, onlar Konrad Adenauerin (1949-1953), Helmut Kolun (1982-1998) rəhbərlik etdiyi hökumətlərin ortağı olublar. Bundan başqa, “Azad demokratlar” Merkellə birlikdə 2009-2013-cü illərdə hökuməti idarə ediblər.

Böhran kansler Angela Merkelin nüfuzuna da mənfi yöndən təsir göstərib.

Almaniyanın “Forsa”, “Infrarets Dimap” və “Emnid” kimi sosial sorğu şirkətlərinin keçirdiyi sorğuda XDB/XSB blokunun nüfuzu hazırda 30%-ə düşüb. Sosial demokratlar 20-22%, “Azad demokratlar” isə 10%-lik dəstəyə ümid edə bilər. Ultrasağların səsi isə sabit qalıb. Onların növbəti seçkilərdə 12%-dən çox səs alma ehtimalı var.
Tarix: 21-11-2017, 13:48
Xəbəri paylaş





Xəbər lenti