Rusiya necə dirçəldi? — TƏHLİL

Rusiya necə dirçəldi? — TƏHLİL Siyasi analitik Tahir Cəfərli

Fövqəl ölkələr böyük dəniz laynerinə bənzəyir, onun tutduğu kurs bir mənalıdır və onu qayıq kimi yerindən oynatmaq və yaxud tutduğu kursu dəyişdirmək mümkün deyil.

İkinci dünya müharibəsindən sonra ABŞ dünyanın ən qüdrətli dövləti olaraq qalsa da, SSRİ boyda bir nəhənglə üzləşdi. Ötən sərin 40-cı illərinin axırlarında SSRİ-nin atom bombasını sınaqdan keçirəndən az sonra ABŞ rəhbərliyi onun ölkəsinə qarşı güclü rəqibin meydana gəldiyini gördü. Həmin andan dünyada “birini soyuq müharibə” başladı. Çünki ikincisi də davam etməkdədir. Bu faktları ortaya gətirməklə biz indiki dövrlə o dövr arasında analoqlar olduğunu oxucularımıza çatdırmaq istəyirik. O dövrlə indiki dövr arasında çox böyük oxşarlıqlar var.


Rusiya necə dirçəldi? — TƏHLİL

Dünya iki nəhəng düşərgələrə bölünməkdir. İndiki dövrdə nə baş verdiyini anlamaq üçün o dövrdəki ABŞ siyasi xəttinin necə dəyişdiyindən danışaq.
Müharibədən çıxmış ABŞ güclü hərbi sənaye kompleksinə malik idi. Müharibədən sonra bunun işləməməsi, ölkəni ciddi böhrana aparırdı. Dünya faşist təhlükəsindən uzaqlaşdıqdan sonra, onu ciddi stabil inkişaf gözləyirdi. Dağıdılmış Avropa, Asiya ölkələrində tikinti və sənayeləşmə gedirdi. Bununla belə, ABŞ-ın hərbi sənaye kompleksi durğunluq dövrünü yaşayırdı. Odur ki, ABŞ rəhbərliyi düşə biləcəyi iqtisadi və onun arxasınca gələn siyasi böhrandan çıxmaq üçün özünün ənənəvi siyasətinə - proteksionizm siyasətinə keçdi və ipə-sapa yatmayan ölkələrə qarşı təzyiq xəttini tutdu. Bəzi yerlərdə bu müharibələrə gətirib çıxartdı. Məsələn, Koreyada vətəndaş müharibəsi və sairə söyləmək olar.

Rusiya necə dirçəldi? — TƏHLİL

ABŞ proteksionizmi müharibələri qızışdırmaqla və Avropaya təzyiqləri artırmaqla, SSRİ-ni özünün siyasi rəqibinə çevirdi, dünyanı iki düşərgəyə böldü və Varşava sazişinə qarşı NATO kimi başqa hərbi birliklər yaratdı.

ABŞ siyasətçiləri bunu etməklə, Şimalı Amerika, Avropanın yarısını, Asiyanın bir çox ölkələrini öz hərbi sənaye kompleksindən asılı vəziyyətə saldı və SSRİ ilə rəqabətinə girməklə öz iqtisadi inkişafını gücləndirdi.

Dünyanın iki düşərgəyə bölünməsi və “soyuq müharibə” həmin illərdən başladı. Bu rəqabətə davam gətirə bilməyən SSRİ dağıldı.

Rusiya necə dirçəldi? — TƏHLİL

İndi SSRİ-nin dağılmasını Mixail Qorbaçovun satqınlığı ilə bağlamaq istəyirlər. Ancaq həqiqət başqadır. Rusiya iqtisadiyyatını korrupsiyaya uymuş Siyasi Büronun üzvləri dağıtdılar. Nəticə də çox acınacaqlı oldu. Daha düzünü desək, SSRİ sistemi qeyri-kamil iqtisadi sistem olduğundan, Qərb iqtisadi və hərbi sistemi ilə rəqabətə dözmədi və dağıldı. Bununla da ABŞ dünyanın vahid fövqəl dövlətinə çevrildi.

Biz qısa tarixi şərhə keçməklə, indi nə baş verdiyini göstərmək istəyirik. Tarixin “təkrar olunma” qanunu var. O dövrlə indiki dövdəki əlaqələr və qanunauyğunluqlar göz qabağındadır.

SSRİ dağılandan sonra Rusiya da dağılmağa doğru gedirdi. Boris Yeltsin hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Vladimir Putin Rusiya kaptalist sistemini formalaşdırmağa, ABŞ kimi Rusiyanın da hərbi sənaye kompleksini bərpa etməyə başladı. Buna səbəb 11 sentyabrdan sonra “antitterror” əməlyatlarının başalması və ABŞ siyasətçilərinin “idarə olunan xaos” siyasətini həyata keçirmələri idi.
Rusiya necə dirçəldi? — TƏHLİL

Dünya yenidən bölüşdürülür — ABŞ-Rusiya SİYASİ OYUNLARI

Rusiya necə dirçəldi? — TƏHLİL
Aydındır ki, İraq, Əfqanistan, Şimali Afrikaya qarşı həyata keçirilən hərbi əməliyyatlar və bu əməliyyatlara NATO ölkələrinin qatılması, ABŞ-ın aqressiv siyasətə keçdiyinin göstəricisi idi. Təbii ki, Rusiyanın da buna reaksiyası olmalı idi. Çünki Rusiya ciddi qüvvə qarşısında qalmışdı və yeganə yolu baş verənlərə göz yummaq, Avropa ilə iqtisadi əlaqələrini gücləndirmək, özünü dünyanın xammal bazasına çevirməklə, daxildə yeni hərbi siyasi sistem yaratmaq idi. Rusiya da bunu etdi.

Rusiya necə dirçəldi? — TƏHLİL

Suriyaya qarşı təcavüz, İŞİD-ın meydana gəlməsi və Yaxın Şərqin bütün dövlətlərə qaşı təhlükə yaratması Rusiya rəhbərliyinin öz hərbi bazalarını qorumaq üçün Bəşər Əsədə dayaq durdular. Maraqlısı budur ki, Qərb özü Rusiyanı buna təhrik edirdi. Qərb mətbuatı rusların Suriyaya girməsi ərəfəsində, onun gücdən düşdüyündən və dağılacağıdan danışırdılar, Suriyada Rusiyanın hərbi kosmik birləşmələri əməliyyata başlamayanda 1991-ci ilin İraq müharibəsini yada saldılar.

Rusiya necə dirçəldi? — TƏHLİL

İraq müharibəsi iki ölkə arasında silahların tətbiqi üçün geosiyasi poliqon idi. O zaman həmin poliqonda SSRİ silahları NATO silahları qarşısında uduzmuşdu. ABŞ-ın ortaya atdığı “Patriot” silahları Səddam Hüseynə əməliyyat keçirməyə imkan belə verməmişdi. Səbəbi də Sovet silahlarının köhnəlməsi idi. Elə bunu da SSRİ-nn dağılması səbəblərindən biri kimi göstərirdilər. İndi də Rusiya prezidenti Vladimir Putini Suriya geosiyasi poliqonunun qarşısında qoymuşdular. Əgər Rusiya silahları burada da uduzsaydı, bu ölkənin dağılacağı labüd olacaqdı.
Suriyaya atılan “Kolibri” qanadlı raketləri Suriyada vəziyyəti Bəşər Əsədin xeyrinə dəyişdi. İndi dünyanı yeni, qarşısı alınmayan sarsıdıcı silahlarla üzləşib. Artıq ABŞ siyasətçiləri də anladılar ki, dünya üçün Rusiya təhlükəsi yaranıb.

Rusiya necə dirçəldi? — TƏHLİL

İngilis siyasətində maraqlı məqamlardan biri də odur ki, əgər düşmənə qalib gələ bilmirsənsə, onu öz müttəfiqinə çevir.
Barak Obama komandası Vladimir Putinə müttəfiq ola bilməzdi. Onların apardığı siyasət başdan ayağa Rusiyanın dağılmasına yönəldilmişdi. İlk sanksiyaları da Rusiya və İrana qarşı bu komanda vermişdi. Məqsəd isə çox primitiv idi. Belə düşünürdülər ki, həmin sanksiyalar Suriyada çiyin-çiyinə mübarizə aparan ölkələri pis vəziyyətə salacaq. Əslində isə hər şey əksinə oldu. Rusiya öz ərzaq asılılığını imkanlarına arxalanaraq həll etdi. Üstəlik də keçmiş Sovet respublikalarının kənd təsərrüfatının inkişafına təkan verdi. Çünki Rusiya sanksiyalara qarşı öz sanksiyalarını verdi, Avropadan və Türkiyədən aldıqları məhsulları MDB almağa başladılar.

İran isə sanksiyalara öyrənmiş ölkə olduğu üçün o qədər də güclü təsirlərlə üzləşmədi. Bununla belə sanksiyalar Rusiya-İran əlaqələrini gücləndirdi.
Amerika xarici siyasətinin güzgüsü olan “Böyük şahmat lövhəsi” əsərində Bzejinski yazırdı ki, əgər ABŞ İranla münasibətlərini 2020-ci ilə qədər 1960-cı il çərçivəsinə gətirməsə, fövqal dövlət statusunu itirə bilər. Bu addımı ilə ABŞ İranı daha da özündən uzaqlaşdırdı və Çinə daha da yaxın etdi.

Barak Obama komandasının başqa ölkələrdə “demokratiya” adıyla çevriliş oyunları da öz bəhrəsini vermirdi. Əksinə, bütün ölkələrdə demokratiyaya oyununa qarşı nifrət yaranırdı.

Bu gün ABŞ-ı şirə bənzədirlər. Bunun simvolik mahiyyəti var. Şir istədiyi heyvana qalıb gəlir, ancaq şikarını əlində saxlaya bilmir, çaqqallar əlindən alırlar. Fikir verin, Barak Obama İraq, Əfqanıstan, Liviya, Misir və digər ölkələrdə istədiyini etdi, ancaq çox qala bilmədi. Bu da müasir ABŞ siyasətinin göstəricisidir.

Rusiya necə dirçəldi? — TƏHLİL

Rusiyanı isə ayıya bənzədirlər. Bu da təsadüfü deyil. Ayı qış yuxusundan ayılan kimi, öz meşəsində səliqə-sahman yaradır, öz ərazisini çör-çöpdən təmizləyir, ciddi şəkildə qoruyur, ora başqa heyvanların girməsini imkan vermir. Ayı ovunu iylətdirməsə, yemir.

Bu gün dünya da “ayı” ilə “şirin” arasında qalıb. Baş verən proseslərə də bu mövqedən yanaşsaq, daha düzgün olardı...("Ölkə.Az")
Siam.az
Tarix: 22-11-2017, 17:02
Xəbəri paylaş





Xəbər lenti