Putin: "Müharibəyə hazır olun"

Putin: "Müharibəyə hazır olun" Rusiya prezidenti Vladimir Putin ölkəsindəki böyük şirkətləri müharibəyə hazır olmağa çağırıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Soçidə təşkil olunmuş hərbi vəzifəli şəxslərin iştirak etdiyi konfransda çıxış edən Putin "İqtisadiyyatımızın hərbi istehsalı və xidmətləri lazım olanda artıra bilməsi hərbi təhlükəsizliyimizin əsas elementlərindən biridir. Bu məqsədlə bütün böyük və strateji əhəmiyyətli şirkətlər müharibəyə hazır olmalıdır" deyib.

Qeyd edək ki, Rusiya prezidenti ötən gün də açıqlama ilə çıxış etmiş, hərbi texnologiya sahəsində qərbi geridə qoymağın vacibliyindən danışmışdı.

Gülşən
Tarix: 23-11-2017, 16:54
Xəbəri paylaş





Xəbər lenti